Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-17 10:03:00
Məktəbli qız ev tapşırığını yerinə yetirmədiyi üçün həbs olundu 

Amerikalı məktəbli ev tapşırığını yerinə yetirmədiyi üçün həbs olunub.

 

AzEdu.az-ın məlumatına görə, bu barədə “Detroit Metro Times” xəbər yayıb.

 

Məlumata görə, ötən il hücumda və qarətdə ittiham olunan Qreys sınaq müddətinə azadlığa buraxılmışdı. Lakin onun ev tapışırıqlarını yerinə yetirməməsi şərti pozması kimi dəyərləndirilib, 15 yaşlı qız yetkinlik yaşına çatmayan qanun pozucuları üçün kompleksə göndərilib.

 

Hazırda Miçiqan ştatının icra hakimiyyəti və qanunvericilər Qreysin azadlığı üçün mübarizə aparırlar. Onlar hakimin qərarını kəskin tənqid ediblər.

 

Qeyd olunur ki, məktəbli qız diqqət çatışmazlığı pozğunluğundan əziyyət çəkir və onun üçün koronavirus pandemiyası ilə əlaqədar məcburi onlayn dərslərə qatılması xüsusilə çətindir.