Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-16 16:58:00
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə sənəd qəbulu bu gün başa çatır

2020/2021-ci tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan Respublikası vətəndaşları üçün sənəd qəbulu bu gün başa çatır.

 

AzEdu.az  xəbər verir ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün bakalavriat səviyəsi üzrə 3 yer ayrılıb.

 

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 16 iyul günün sonunadək tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərməklə qeydiyyatdan keçməlidirlər.

 

Müsabiqədə iştirak etmək istəyənlər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən 20 iyul 2020-ci il tarixində onlayn müsahibə və iştirakçıların ümumi intellekt səviyyəsinin ölçülməsi üçün onlayn test imtahanı keçiriləcək.

 

Müsabiqə barədə ətraflı məlumatı buradan əldə edə bilərsiniz.