Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-16 15:14:00
MİQ-in müsahibə mərhələsi bu formada keçiriləcək - RƏSMİ  

 

“Müəllimlərin  işə qəbulu müsabiqəsində müsahibələr onlayn keçiriləcək”.

 

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov nazirliyin facebook səhifəsindəki təşkil olunan canlı yayımda deyib.

 

 

O,  daimiləşmə müsabiqəsidə də bu təcrübədən də istifadə edildiyini söyləyib.

 

 

“Pandemiya şəraitində imtahan təşkilatçıları, nəzarətçilər və imtahan mərkəzində köməkçilər COVİD-19 testindən keçiriləcək. Bu, müəllim olmaq istəyən namizədlərə aid deyil. İmtahan mərkəzləri imtahandan əvvəl və sonra dezinfeksiya olunacaq. Bununla da insanlar arasında yoluxma riskləri minimuma endiriləcək".

 

 

Qeyd edək ki, MİQ-in elektron qeydiyyatı bu gündən başlayıb.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları