Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-16 14:36:00
MİQ müsabiqəsi bu şərtlər əsasında keçiriləcək – Eşiq Bağırov  

 

“Bu gün  3000-dən çox namizəd MİQ-in elektron qeydiyyatdan keçib”.

 

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov nazirliyin facebook canlı yayımında deyib.

 

 

 

O, ötən il MİQ müsabiqəsində iştirak etmək üçün 56 minə yaxın müraciət olduğunu deyib.

 

 

“Onlardan 42 mini test imtahanında iştirak edib. Bu qədər namizədin bir yerə toplanması indiki şəraitdə uyğun olmazdı. Amma düşündük ki, imtahanların keçirilməməsi qərarı ali və orta təhsil ixtisas müəssisələrini bitirən minlərlə insanın işsiz qalması demək olar. Bütün deyilənləri nəzərə alaraq,  müsabiqənin keçirilməsi qərarı verildi.

 

 

Bakıda yox, ölkənin müxtəlif şəhər və rayonlarında həm iştirakçı sayını azaltmaq, həm də test imtahanı seansının vaxtını azaltmaqla imtahan keçiriləcək. Artıq texniki təchizat, həmin mərkəzlərin yaradılması istiqamətində bütün tədbirlər görülür. Bu gündən etibarən MİQ-in ilkin mərhələsinə start verilib. Hazırda təxminən 3000-dən çox namizəd qeydiyyatdan keçib”.

 

 

Qeyd edək ki, MİQ-in elektron qeydiyyatı bu gündən başlayıb.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları