Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-15 18:07:00
AMEA-nın “AzScienceNet” şəbəkəsinin GEANT Assosiasiyası ilə əməkdaşlığı çərçivəsində görülən işlər müzakirə olunub

AMEA İnformasiya Texnologiyaları İnstitutunun İdarəetmə şurasının onlayn iclasında “AzScienceNet” elm-kompüter şəbəkəsinin GEANT Assosiasiyası ilə əməkdaşlığı çərçivəsində görülən işlər müzakirə olunub.

İnstitutdan AzEdu.az-a bildirilib ki, “EapConnect” layihəsi çərçivəsində internet sürəti 3Gbt/s, backup (ehtiyat) xətti isə 1Gb/s sürətə çatdırılıb, 1 Gbit/san sürətli ehtiyat əlaqə kanalı çəkilib, 3 Gbit/san internet trafikin qoşulması təmin olunub. “AzEduNet” şəbəkəsi ilə “AzScienceNet” arasındakı əlaqə kanalından istifadə edilən kommunikasiya avadanlığında 10 Gbit/san portları aktivləşdirilib.

 

İclasda GEANT şəbəkəsinin xidmətləri barədə məlumat verilib. Qeyd edilib ki, “EduRoam” xidməti elm və təhsil şəbəkəsi istifadəçilərinin dünyanın müxtəlif yerlərində əlavə avtorizasiya prosesi keçmədən internetə daxil olmasına şərait yaradır. “EduGain” isə elm və təhsil şəbəkəsi istifadəçilərinin müxtəlif internet xidmətlərindən istifadə etməsi üçün yaradılmış federativ avtorizasiya sistemidir.