Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-15 12:21:00
Koronavirusa qarşı peyvəndin ilk sınaqları BAŞA ÇATDI

ABŞ-da klinik sınaq testlərinin ilk mərhələsi başa çatıb.

 

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın “Moderna” şirkətinin hazırladığı vaksin iştirakçıların hamısında immunitetin yüksəlməsinə səbəb olub.

 

Bununla bağlı, “New England Journal of Medicine” jurnalında dərc olunub. Klinik sınaqlarda 18-55 yaş arasında 45 nəfər iştirak edib. Onlara mRNA-1273 vaksini 28 gün fərqlə 25, 100 və 250 mikroqram dozasında verilib.

 

Nəticədə bütün iştirakçılarda virusa qarşı antitellər yaranıb.