Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-15 10:56:00
Pandemiya dövründə İctimai Şura Təhsil Nazirliyinə bu VACİB təklifləri edib-Katib açıqladı

 

 

“Təhsillə bağlı mövzular zaman və məkan tanımamalıdır. Pandemiya dövründə ölkə başçımız və Təhsil Nazirliyi tərəfindən təhsil sahəsində görülən işləri çox yüksək qiymətləndirirəm. Biz də İctimai Şura olaraq nazirliyin yanında olduq. Bir neçə dəfə müxtəlif mövzuları onlayn müzakirəyə çıxardıq. Nazir Ceyhun Bayramovun iştirakı ilə onlayn konfrans keçirib, təkliflər verdik. Onlayn təhsilə keçdikdən sonrakı dövrdə keçilən mövzuların imtahana salınmamasını təklifi ilə müraciət etdik”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Təhsil Jurnalistlər Birliyinin “Pandemiya dövründə təhsil” adlı onlayn konfransında Təhsil Nazirliyi yanında İctimai Şuranın mətbuat katibi İlqar Orucov bildirib.

 

O, Təhsil Nazirliyinin pandemiya dövründəki operativ fəaliyyətindən də danışıb:

 

“Bir həftə öncə xaricdə təhsil hüququ qazanan məzunlara attestatların verilməsi ilə bağlı İctimai Şura adından Təhsil Nazirliyinə müraciət etdik. Bu da müsbət nəticələndi. Bütün bunların Nazirliyin pandemiya dövründə nə dərəcədə operativ fəaliyyətdə olmasını sübut etdi. Qeyd edim ki, pandemiya dövründə İctimai Şura hər zaman jurnalistlərlə birgə çalışdı, onlara dəqiq informasiya ötürülməsinə diqqət etdi”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları