Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-14 15:58:00
Magistraturaya qəbul olunan bakalavrların nəzərinə

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olunan bakalavrların qeydiyyatı davam edir.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, iyulun 15-dək sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcək.

 

Qeydiyyat üçün tələb olunan sənədlər:

 

- Diplom və diplom əlavəsinin əsli və notariat qaydasında təsdiq olunmuş surəti;

 

- Cari ildə məzun olan tələbələrin bitirdikləri universitetdən bu barədə arayışı;

 

- Şəxsiyyət vəsiqəsinin əsli və surəti;

 

- 3x4 sm ölçüdə 4 ədəd şəkil;

 

- Tərcümeyi-hal;

 

- Sağlamlıq haqqında tibbi arayış;

 

- Hərbi xidmətdə olanlar və ya möhlət hüququ olanlar - hərbi biletin əsli və surəti və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə;

 

- Elektron ərizəyə daxil olmaq üçün iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı.

 

Xatırladaq ki, 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 11380 bakalavrdan 8324 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 3069-u dövlət sifarişi, 5255-i isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 5229 nəfəri ali təhsil müəssisələrinin cari, 3095 nəfəri isə əvvəlki illərin məzunudur.