Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-14 14:35:00
İsrail yeni nəsil kəşfiyyat peykini orbitə buraxdı

İsrail Müdafiə Nazirliyi və İsrail Aerokosmik Sənayesi “Ofek-16” kəşfiyyat peykini uğurla kosmosa buraxıb.

 

AzEdu.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buraxılış “Şavit” işəsalma qurğusundan istifadə nəticəsində İsrailin mərkəzi hissəsində yerləşən kosmodromdan həyata keçirilib.

 

Müdafiə Nazirliyinin bəyanatına əsasən, “Ofek-16” qabaqcıl elektrooptik kəşfiyyat peykidir. Peyk sınaqlardan uğurla keçib.

 

Xatırladaq ki, İsrailin “Ofek-1” qrupuna məxsus ilk peyki 1988-ci ildə buraxılıb.