Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-14 13:50:00
Musiqi məktəbi şagirdlərinin beynəlxalq müsabiqədə uğuru

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin şagirdləri “Art Olimpiya” V beynəlxalq incəsənət müsabiqəsində uğurla iştirak ediblər.

 

İdarədən AzEdu.az-a verilən məlumata görə, Azərbaycanda ilk dəfə onlayn keçirilən müsabiqədə məktəbin şagirdləri Gülüstan Mirzəyeva və Xəlil Mütəllibov uğurla çıxış ediblər və münsiflər heyətinin qərarı ilə “Yunior 2” yaş qrupunda, “fortepiano dueti” nominasiyasında 1-ci yerə layiq görülüblər.

 

Müsabiqədə şagirdlər bəstəkar Arif Məlikovun fortepiano üçün yazılmış "Skertso" əsərini ifa ediblər.