Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-15 10:39:00
Növbəti tədris ili distant formada davam etsə, nə kimi dəyişikliklər olmalıdır?-Praktik izah

Növbəti tədris ilində çox ölkələrdə müəllimlərin onlayn dərslərə davam etməsi yüksək ehtimaldır. Tədris ilinin başa çatdığı bu günlərdə bu suala cavab tapmalıyıq: Nəyi fərqli etməliyik?Onlayn təhsildən 100%-lik fayda əldə etmək üçün nə kimi dəyişikliklər olmalıdır?

Onlayn təhsillə ənənəvi təhsil arasındakı əsas fərqlər:

AzEdu.az türk mediasına istinadən xəbər verir ki, bu fərqləri Nyu-yorkda koordinator vəzifəsində çalışan Melanie Kitchen açıqladı:

1.Yeni tədris ilində onlayn dərslər başlayanda şagirdlərin bir-biri ilə bağ qurmalarına çalışın. Bu olduqda işlər asanlıqla irəliləyəcək. Eyni zamanda onlara istirahət günlərində onlayn platformalardan istifadəni vərdiş halına gətirməyi tapşırın. Distant təhsildə texnologiyasız inkişaf mümkün deyil.

2.Valideynlərlə münasibət qaydalı olmalıdır.

Şagirdlər kimi valideynlər də yeni sistemə öyrəşməyə çalışırlar. Valideyn müəllimdən nə zaman informasiya ala biləcəyini bilməlidir. Onlayn dərslərdə belə nələr olub bitdiyindən xəbərdar olmaq onların haqqıdır.

 

Özünüz üçün bu sualın cavabını tapın:Valideyn və şagirdlər sizə nə zaman müraciət edə bilər? Ehtiyac olduqda sizinlə hansı vasitə ilə əlaqə saxlamalıdırlar?

 

Əgər konkret saatlar və günlər müəyyən etməzsəniz, tükənmişlik sendromu yaşayacaqsınız.

 

Şagirdlər üçün hazırladığınız yazılı mətnlərdən əlavə görüntüyə üstüklük verərək, qısa videolar çəkin.

 

3.Həmçinin müəllimlərin bir-biri ilə  sıx əlaqə yaratması çox vacibdir. Düşünün ki, artıq bəlli zaman məhdudiyyəti yoxdur və müəyyən plan-proqram işlərini rahatlıqla onlayn platformalardan müzakirə edə bilərsiniz.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları