Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-06 12:06:44
Məktəblilərarası ikinci robot olimpiadasının qalibləri mükafatlandırılıblar  

İyunun 6-da məktəblilərarası ikinci robot olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AzEdu.az xəbər verir ki, oıimpiada Təhsil Nazirliyi və “İstək” liseyinin birgə təşkilatçılığı, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası, “Microsoft Azərbaycan” şirkəti, “First Global”, “Step” Kiçik Kompüter Akademiyası və “Mars Akademi”nin tərəfdaşlığı ilə həyata keçirilib.

Təhsil nazirinin müavini Firudin Qurbanov məktəblilər arasında keçirilən bu olimpiadanın əhəmiyyətindən danışıb, qalibləri təbrik edib, uğurlar arzulayıb.

Tədbirdə olimpiadanın gedişatını əks etdirən videoçarx nümayiş olunub.

Sonda qaliblərə mükafatlar təqdim edilib.