Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-13 12:08:00
Gömrük Akademiyasında yay imtahan sessiyası sona çatdı

Dövlət Gömrük Komitəsinin Akademiyasında 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası sona çatıb.

 

AzEdu.az-ın məlumatına görə, imtahan sessiyası təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq, “Microsoft Teams” platforması üzərindən onlayn formada şifahi keçirilib. İmtahan sualları tələbələrə Akademiyanın elektron sistemi tərəfindən ünvanlanıb və tələbə sualları onlayn qaydada şifahi şəkildə cavablandırıb.

 

Pandemiya dövründə xüsusi karantin rejiminin tələbləri və distant tədrisin reallıqları nəzərə alınaraq, imtahan sessiyasında tələbələrin bilik və bacarıqlarını nümayiş etdirmələri üçün tam şərait yaradılıb.

 

Tələbələrin imtahanlarda daha fəal iştirak etmələri üçün Elmi Şuranın qərarına əsasən, bir sıra güzəştlər tətbiq olunub.

 

İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, sualların tərtibi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə ali təhsil müəssisəsində Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya Komissiyası daxil olan müraciətləri araşdıraraq müvafiq qərarlar qəbul edib.