Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-06 11:57:21
Tarix dərsliklərindəki kobud   səhv – “Bundan imtina etmək lazımdır” - FOTO  

“Orta məktəblərdə "Qarabağ tarixi" dərsliyində və ümumiyyətlə, əksər tarixi kitablarda Beyləqan rayonunun Paytakaran adlanmasını görürük. Lakin bunu belə yazan tarixçilər unudur, yaxud, bilmirlər ki, “Paytakaran” sözü Beyləqan rayonunun erməni dilində tələffüz və yazılış formasıdır. Bu gün də erməni mənbələrində  “Paytakara”  kimi yazılan bu ərazini qondarma və uydurma böyük Ermənistanın ərazisi kimi yazırlar”.

AzEdu.az xəbər verir ki,  bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent  Zaur Əliyev tarix  dərsliklərində buraxılan  səhvlərdən biri haqqında danışarkən bildirib.

Onun sözlərinə görə, bizim tarixçilər də təəssüf ki, sovet dövründə tarixə sırınmış bu sözü onlara istinad olaraq yazırlar:

“Qədim Albaniyanın üç vilayətindən biri olan bu ərazi türk mənbələrində “Balasakan” və yaxud da “Muğan” olaraq qeyd edilir. Daha çox “Balasakan” uyğun gəlir ki, bu da sak tayfalarının bu ərazidə yaşaması ilə bağlıdır”.

Zaur Əliyev  bildirib ki, ümumiyyətlə, Paytakaran və tarix elminə gələn erməni tələffüz və yazılış formalarından imtina etmək lazımdır. Bunun üçün isə dilçilər və tarixçilər bir yerdə işləməlidirlər.