Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-11 17:10:00
AzMİU-nun magistratura səviyyəsinə onlayn qeydiyyat davam edir

2020/2021-ci tədris ilində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) magistratura səviyyəsinə yeni qəbul olmuş tələbələrin sənədlərinin koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş karantin rejimi şəraitində onlayn qeydiyyatı davam edir.

 

AzEdu.az xəbər verir ki, qeydiyyat prosesini asanlaşdırmaq üçün AzMİU-nun İKT Mərkəzi xüsusi elektron forma hazırlayaraq tələbələrin istifadəsinə verib (https://bit.ly/azmiumag2020). Magistraturaya qəbul olan gənclər müvafiq sənədlərin surətlərini adıçəkilən linkdə göstərilən formaya yükləyirlər.  Eyni zamanda tələbələr sənədlərin qəbulu üçün lazımı məlumatları universitetimizin rəsmi səhifəsi olan azmiu.edu.az səhifəsinin ELANLAR bölməsindən əldə edə bilərlər. Xatırladaq ki, qeydiyyat prosesi 15.07.2020-ci il tarixinədək davam edəcək.

 

Məlumat üçün onu bildirək ki, 2020/2021-ci tədris ilində AzMİU-nun magistratura səviyyəsində qəbul planında 23 ixtisas, 42 ixtisaslaşma üzrə 363  yer ayrılıb. Onlardan 336 yer Azərbaycan, 13 yer rus, 14 yer ingilis bölməsi üçün nəzərdə tutulub. muşdur. Hazırda magistratura səviyyəsinə 341 tələbə qəbul olunub, qəbul planı 94 % dolub.