Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-11 15:34:00
UNEC müəlliminin məqaləsi ABŞ-ın Qlobal Tədqiqat və Təhlil Fondu tərəfindən nəşr olunub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “SABAH” Mərkəzinin müəllimi Şəbnəm Həsənovanın məqaləsi ABŞ-ın “Jamestoun” Qlobal Tədqiqat və Təhlil Fondu (The Jamestown Foundation-Global Research & Analysis) tərəfindən nəşr olunub.

UNEC-dən  bildirilib ki, Ş.Həsənova “Trans-Adriatik Boru kəməri-TAP layihəsi çərçivəsində görülən işlər hansı mərhələdədir? Bakıdan mövqe” (Where Does the TAP Gas Pipeline Project Stand to Date? The View From Baku) adlı məqaləsində layihənin iqtisadi və siyasi dividentləri ətrafında bəhs etməklə yanaşı, Azərbaycanın Avropanın enerji xəritəsini yenidən formalaşdırdığı tezisinə xüsusi diqqət yetirib. Müəllif məqalədə Azərbaycanın transmilli enerji layihələrində artan rolu, Avropanın enerji təhlükəsizliyinə və bölgədə ehtiyac duyulan qaz tədarükünün şaxələndirilməsinə verdiyi töhfə, onun qlobal, regional, geosiyasi və geoiqtisadi mövqeyinə mühüm təsiri məsələlərinə də toxunub.

Qeyd edək ki, müəllifin Azərbaycan, Türkiyə, Ukrayna, Qazaxıstan və digər ölkələrin nüfuzlu elmi jurnallarında məqalələri dərc olunub. Ş.Həsənova “Türkiyə Enerji Strategiyası və Siyasəti Araşdırılması” beyin mərkəzinin (think-tank) tədqiqatçı ekspertidir.