Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-11 15:18:00
Çində gün ərzində 22 saat oyun oynayan uşağın qolu iflic olub

Çində gündə 22 saat kompüter oyunu oynayan 15 yaşlı bir uşağın qolunun iflic olduğu açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, koronavirusa görə məktəbə getməyən və vaxtını evdə keçirən çinli uşaq gündə 22 saat kompüter oyunu oynadığı üçün iflic olub.

 

Bir ay oyun oynadıqdan sonra evdə huşunu itirən oğlan Guangxi-də yerləşən sağlamlıq mərkəzində müalicəyə götürülüb. Adı açıqlanmayan oğlanın valideynləri Çin mediasına övladlarının oxuduğunu düşündüklərini və saatlarla oynadığının fərqində olmadıqlarını deyiblər. (Ted.az)