Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-11 13:15:00
Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarının nəticələri ilə bağlı apelyasiya prosesi təşkil edəcək

Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün iyulun 13-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil edəcək.

DİM-dən AzEdu.az bildirilib ki, apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagirdlə yanaşı, onun valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Xatırladaq ki, Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər iyulun 6-8-də DİM-in saytında elektron ərizəni doldurmaqla qeydiyyatdan keçiblər.