Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-10 16:36:00
Üzərində telefon aşkarlanan iki abituriyent imtahandan xaric olunub

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 10-da sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarda qəbul imtahanları keçirilib. 

 

AzEdu.az  xəbər verir ki, DİM-dən verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahana gələn iştirakçıların bədən hərarətləri normaya uyğun olub.

 

İlkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.