Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-10 12:49:00
Honkonqda koronavirusa görə məktəblər yenidən bağlanır

Honkonqda koronavirusa yoluxma hallarının sayı artdığından məktəblər yenidən bağlanacaq.

 

AzEdu.az xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti yazıb.

 

Nəşrin yazdığına görə, hökumət bu qərarı Honkonqda bir sutkaya 30 koronavirusa yoluxma halı təsdiqləndikdən sonra verib.

 

Ümumilikdə xüsusi inzibati bölgədə 1 365 nəfər virusa yoluxub, 1 176 nəfər sağalıb, 7 xəstə ölüb.