Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-10 12:13:00
Harvard və MİT universitetləri Tramp hökümətini məhkəməyə verdi

Amerika Birləşmiş Ştatlarının payızda onlayn dərs keçən universitetlərdə təhsil alan xarici tələbələrə viza verməməsi və ölkəni tərk etmək tələbi səbəbi Harvard və MİT universitetlərinin bu ölkəni məhkəməyə verməsinə səbəb oldu.

Dünyanın ən yaxşı universitetləri siyahısında ilk üçlükdə olan Harvard və Masaçusets Texnologiya institutu prezident D.Tramp hökümətini məhkəməyə verdi.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, məhkəməyə səbəb hökümətin bazar ertəsi xarici tələbələrlə aldığı qərar olub.

 

Harvard universitetinin rektoru Larry Bacow CNN-ə açıqlamasında bildirdi ki, ABŞ-da alınan bu qərar kampuslarda qalan 5 min xarici tələbəni əhatə edir. O, çıxışında bunları qeyd etdi:

 

“Tələbələrin, müəllimlərin və digər texniki işçilərin təhlükəsizliyi kampuslarda diqqətdə saxlanılır. Bu yeni qərarla 1 milyona yaxın xarici tələbə universitetlərin onlayn dərslərindən kənarda qalacaq. Bəlkə də bir daha ABŞ-a qayıtmayacaqlar. Hər zaman ABŞ-dan viza almaq almaq tələbələr üçün çətin olub. Təklif edirlər ki, ənənəvi dərslər keçən universitetlərə transfer olsunlar. Bu o qədər də asan məsələ deyil”.

 

Kaliforniya universiteti də bu qərardan sonra hökümətə qarşı dava açacağını qeyd etdi.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları