Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-10 12:00:00
ADU-nun Konfutsi İnstitutu Sumqayıt məktəbliləri üçün onlayn seminar keçirib

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Sumqayıt məktəbliləri üçün “Salam, Çin!” adlı silsilə onlayn seminarlarını davam etdirir.

ADU-dan AzEdu.az-a bildirilib ki, seminarda Sumqayıt şəhər 42 nömrəli tam orta məktəbin Mübariz İbrahimov adına VII a sinif şagirdləri və müəllimləri iştirak ediblər. Seminarda ADU Konfutsi İnstitutunun mütəxəssisi Nigar Qocayeva şagirdlərə Çin mədəniyyətinin inciləri olan çay dəstgahı və Tay çi çuan ənənəvi döyüş sənəti haqqında ətraflı məlumat verib. O, Çin çayının dəmlənməsinə qəti tələblər və Tay çi çuan ənənəvi Çin döyüş sənətinin tarixindən danışaraq, Konfusti İnstitutunda bu sahədə keçirilən tədbirlərdən də söhbət açıb.

 

Sonra 42 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Almaz Fəxrədova şagirdlərə Qərblə Şərq mədəniyyəti arasındakı fərqdən bəhs edib.
ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov məktəblilər arasında bu cür seminarların keçirilməsinin vacibliyini qeyd edib. Prezident İlham Əliyevin Azərbaycanla Çin arasında ənənəvi dostluq münasibətlərinin, hərtərəfli əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı istiqamətində fəaliyyətini vurğulayan Rafiq Abbasov bununla bağlı özünün yazmış olduğu “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” kitabı haqqında da məlumat verib.

 

Sonda 42 nömrəli tam orta məktəbin direktoru Şahsənəm Məmmədova şagirdlər arasında belə maarifləndirici seminarları təşkil etdiyi üçün Konfutsi İnstitutunun rəhbərliyinə dərin təşəkkürünü bildirib.