Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-10 11:47:00
Naxçıvanda məktəblilərin yay tətili səmərəli təşkil olunur

Tədris ilinin yekunlaşması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəblilərin yay tətili istirahətinin təşkili diqqətdə saxlanılır.

Nazirlikdən AzEdu.az-a  bildirilib ki, məktəbdənkənar tərbiyə müəssisələri tərəfindən internet resurslarından istifadə edərək onlayn qaydada şagirdlərin yay tətili dövründə asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması, müxtəlif yaradıcılıq işləri ilə motivasiya etmək üçün mütəmadi olaraq yaradıcılıq müsabiqələri, intellektual yarışlar, kitab mütaliələri, videodərslər, onlayn ekskursiyalar təşkil edilir.

 

Hazırda Uşaq-Gənclər Şahmat Məktəbi, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Turizm-Diyarşünaslıq Mərkəzi, Texniki Yaradıcılıq Mərkəzi, Ekoloji Tərbiyə Mərkəzi, Uşaq-Gənclər İdman Məktəbində onlayn yay dərsləri və yarışlar təşkil edilir.