Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-10 10:15:00
Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günü keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib.

 

AzEdu.az  xəbər verir ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun tələbələri və magistrantları iştirak ediblər.

Tədbiri açan MDU-nun rektoru Şahin Bayramov karantin dövrünün tələblərinə riayət edilməsinin vacibliyi, onlayn imtahan sessiyasının gedişatı və bu günlərdə dünyanın aparıcı elmi-məlumat bazası olan “Web of Science” platformasında MDU-nun təşkilat profilinin yaradılması barədə məlumat verib.

 

2020/2021-ci tədris ili üçün bakalavriat səviyyəsinə tələbə qəbulu çərçivəsində görülən işlərdən, hazırlanan təbliğat materiallarından danışan rektor tələbə, magistrant və məzunları MDU-nun təbliğində fəal iştiraka dəvət edib.
Görüşdə çıxış edən tələbələr və magistrantlar yaz imtahan sessiyasının təşkilindən, qiymətləndirmə zamanı tətbiq olunan güzəştlərdən və MDU-nun müasirləşdirilməsi yolunda əldə olunan uğurlardan razılıqlarını ifadə ediblər.

 

Rektor tələbələrin təkrar imtahanlarda iştirak, magistraturaya yeni qəbul olunanların MDU-da fəaliyyət istiqamətləri və digər məsələlərə dair suallarını cavablandırıb.