Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-09 13:51:00
Onlayn müsahibələr bu tarixdə keçiriləcək

İyulun 10-da dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan, ötən müsahibələr zamanı iştirakını təsdiq etməyən 64 namizəd üçün onlayn müsahibələr keçiriləcək. 

 

AzEdu.az-ın məlumatına görə, namizədlərin onlayn müsahibədə iştiraklarını təsdiqləmələri ilə bağlı qeydiyyat prosesi 8 iyul saat 23:59-da başa çatıb. Namizədlərin şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi və saatı barədə artıq məlumat göndərilib.