Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-05 21:21:00
Dövlət Yol Polisi region məktəbliləri ilə bir arada

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) və Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının iştirakı ilə bu şəhərdəki 10 nömrəli orta məktəbdə təlimatlandırıcı görüş keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə, görüşdə məktəblilərə piyadanın vəzifələri, yol nişanları, eləcə də nizam-intizam qaydaları barədə ətraflı məlumat verilib.

 

BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev belə tədbirlərin keçirilməsində əsas məqsədin uşaqların və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin səmərəsinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılmasından ibarət olduğunu bildirib. Eləcə də yol-nəqliyyat hadisələrinin azalmasında aparılan təbliğat işlərinin əhəmiyyəti xüsusi vurğulanıb.

 

DYP əməkdaşları təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşdığı yerlərdə hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla müvafiq tədbirlər, o cümlədən yol nişanlarının qoyulması, nişanlama xətlərinin çəkilməsi istiqamətində tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıblar.

 

Sonda şagirdlərə yol nişanları barədə məlumatları əks etdirən kitabçalar paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.