Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-09 12:11:00
DİM-dən  abituriyentlərə müraciət - Bu imkandan mütləq faydalanın

İmtahanlara hazırlaşan abituriyentlər DİM-in “Youtube” kanalına yerləşdirilən videomühazirələrə baxa bilərlər

 

Məlum olduğu kimi, DİM Koronavirus (COVID-19) ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyentlərə dəstək məqsədilə Mərkəzin “Youtube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələrini yerləşdirir.

 

AzEdu.az xəbər verir ki, hazırda Portala Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, русскый язык, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə ümumilikdə 122 videomühazirə yerləşdirilib. İyunun 12-dən etibarən portala yerləşdirilən dərslərə 16634 baxış sayı qeydə alınıb.

 

İmtahanlara hazırlaşan abituriyentlərə öz biliklərini daha da dərinləşdirmək, öyrəndikləri mövzuları təkrarlamaq üçün bu ödənişsiz fürsətdən yararlanmağı tövsiyə edirik.

 

Mühazirələr qəbul proqramlarını tam əhatə etməklə, təqdim olunmuş nəzəri materialların tətbiqinə dair test tapşırıqları ilə də təchiz edilib.

 

Videomühazirələrə buradan baxa bilərsiniz.