Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-09 10:39:00
Memarlıq və İnşaat Universitetində magistrantların dissertasiya işlərinin müdafiəsi davam edir

Azərbaycan Memarlıq və İnşaat Universitetində magistrantların dissertasiya işlərinin müdafiəsi davam edir.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, ümumilikdə 195 magistrantın dissertasiya işinin müdafiəsi nəzərdə tutulub. Hazırda magistr dissertasiyalarının müdafiəsinin 80 faizi yekunlaşıb. İyunun 27-dən start götürən dissertasiya müdafiələri ölkədə koronavirus (COVID-19) epidemiyasının yayılmasına qarşı aparılan tədbirlər planına uyğun olaraq onlayn formatda keçirilir.