Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-08 16:54:00
Memarlıq və İnşaat Universitetində buraxılış işlərinin müdafiəsi müvəffəqiyyətlə başa çatıb

2019/2020-ci tədris ilində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) bakalavriat səviyyəsində yekun dövlət attestasiyası buraxılış işlərinin onlayn müdafiəsi başa çatıb.

 

AzMİU-dan AzEdu.az-a verilən məlumata görə, məzunların hazırladıqları təqdimat və çıxışlar qoyulan bütün tələblərə cavab verib, 454 tələbə buraxılış işini müvəffəqiyyətlə müdafiə edib. Onlardan 190-ı Memarlıq, 160-ı İnşaat, 56-sı Mexanika və informasiya texnologiyaları, 41-i Nəqliyyat, 7-si Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültələrinin məzunlarıdır.

 

Buraxılış işlərinin müdafiəsi onlayn rejimdə “Zoom” proqramı vasitəsilə keçirilib. Onlayn müdafiənin keçirilməsi üçün texniki təminat yüksək səviyyədə olduğundan müdafiələr zamanı hər hansı problem yaranmayıb.

 

Xatırladaq ki, AzMİU-nun magistratura səviyyəsində müdafiələr davam edir. Ümumilikdə 195 magistrantın dissertasiya işinin müdafiəsi nəzərdə tutulub. Hazırda magistr dissertasiyalarının müdafiəsinin 80 faizi yekunlaşıb. İyunun 27-dən start götürən dissertasiya müdafiələri də ölkədə koronavirus (COVİD-19) epidemiyasının yayılmasına qarşı aparılan tədbirlər planına uyğun olaraq onlayn formatda keçirilir.