Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-05 18:21:54
Naftalanda yeni körpələr evi-uşaq bağçası inşa olunacaq  
Prezident İlham Əliyev iyunun 5-də "Naftalan şəhərində yeni körpələr evi-uşaq bağçası binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
AzEdu.az xəbər verir ki, Naftalan şəhərində yeni 200 yerlik körpələr evi-uşaq bağçası binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Naftalan Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.