Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-08 10:12:00
DİM-dən imtahansız attestat alan məzunlarla bağlı yeni AÇIQLAMA - Diqqətli olaq

Vətəndaşların təhsil almaq hüquqlarını təmin etmək məqsədilə təhsillərini xarici ali təhsil müəssisələrində davam etdirmək niyyətində olan ümumi təhsil pilləsinin məzunlarına müstəsna hal kimi buraxılış imtahanlarında iştirak etmədən attestatların verilməsi qərara alınıb.

 

Belə olan halda sual olunur. Kimlər imtahan vermədən attestat ala biləcək?


AzEdu.az
-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, imtahansız attestat almaq hər kəsə şamil olunmur:


“Bu məsələ yalnız xaricdə təhsil almaq istəyən şəxslər üçündür. Kim ki xaricdə yerləşən ali təhsil müəssisəsinə müraciət etmək istəyir, oxuduğu məktəbə müraciət edir  və imtahanda iştirak etmədən onlara attestat verilir.  Bundan sonra xarici universitetlərə müraciət edə bilərlər”.


Xanlar Xanlarzadə məsələnin tezləşdirilməsinin  səbəbini də açıqlayıb:


“Çünki bəzi xarici universitetlərdə qeydiyyat tarixi başa çatır. Məhz bu hal üçün imtahan vermədən attestat almaq nəzərdə tutulub”.

 
Qeyd edək ki, dünəndən başlayaraq xarici ali təhsil müəssisələrinə qəbul olunmaq üçün müraciət etmiş məzunlar təhsil aldıqları təhsil müəssisələrinə müraciət edərək attestatlarını ala biləcəklər.