Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-08 09:02:00
Mingəçevir Dövlət Universitetində magistrlik dissertasiyalarının  müdafiəsi uğurla başa çatıb

Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilində magistratura təhsil səviyyəsi üzrə magistrlik dissertasiyalarının müdafiəsi başa çatıb. 22-30 iyun tarixlərində keçirilən müdafiələr ilk dəfə olaraq “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, magistrlik dissertasiyalarının müdafiəsində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə 4 nəfər, Xarici dil müəllimliyi (dillər üzrə) ixtisası üzrə 4 nəfər, Riyaziyyat müəllimliyi ixtisası üzrə 4 nəfər, İnformatika müəllimliyi ixtisası üzrə 3 nəfər, İbtidai sinif müəllimliyi ixtisası üzrə 4 nəfər, İqtisadiyyat ixtisası üzrə 3 nəfər, Sənayenin təşkili və idarə edilməsi ixtisası üzrə 2 nəfər, Elektroenergetika mühəndisliyi ixtisası üzrə 2 nəfər, Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisası üzrə 3 nəfər, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası üzrə 4 nəfər və Ekologiya mühəndisliyi ixtisası üzrə 3 nəfər iştirak edib.

 

Qeyd olunan 11 ixtisas üzrə magistrlik dissertasiyaları müdafiə edən 36 magistrantın hamısı müvəffəq qiymət alıb, 31 magistrantın nəticəsi yüksək balla qiymətləndirilib. Ümumi nəticələrə əsasən, cari tədris ilində 13 nəfər magistrant MDU-nun magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib.

 

Magistrlik dissertasiyalarının müdafiəsi ixtisaslaşdırılmış Elmi Şuralar tərəfindən həyata keçirilib. Həmin Şuralara Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmri ilə təsdiq edilmiş mütəxəssislər rəhbərlik edib. Şuraların tərkibində MDU ilə yanaşı digər universitetlərin, AMEA-nın sahə institutlarının, dövlət və özəl müəssisələrin müvafiq ixtisaslar üzrə alimləri və mütəxəssisləri də iştirak ediblər.

 

Online müdafiə prosesini MDU-nun re