Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-07 17:53:00
Bakı Dövlət Universitetində Ulu Öndərə həsr olunan onlayn tədbir keçiriləcək

Bakı Dövlət Universiteti və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 14 iyul - ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 51-ci ildönümünə həsr olunan onlayn tədbir keçiriləcək.

 

BDU-dan AzEdu.az-a verilən məlumata görə,  tədbir iyulun 9-da “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq.

 

Tədbirdə iştirak etmək istəyənlər iyulun 8-i saat 17:00-dək [email protected]  ünvanına müraciət edə bilərlər.