Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-07 17:25:00
Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə onlayn müsahibələr davam edir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 1-dən etibarən 29.01.2020-ci il tarixli daxili müsahibə elanı üzrə Əqli Mülkiyyət Agentliyinə dövlət qulluğuna 1 müsahibə, 8 fevral 2020-ci il tarixli daxili müsahibə elanı üzrə Qida Təhlükəsizliyi Agentliyinə 5 müsahibə, 06.03.2020-ci il tarixli daxili müsahibə elanı üzrə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə isə 26 müsahibə onlayn qaydada keçirilib.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, namizədlər bu müsahibələrə Mərkəzin Bakı, Gəncə, Şəki, Lənkəran, Bərdə, Göyçay və Şirvan regional bölmələrindəki inzibati binalarından qoşulublar.

 

Qeyd edək ki, müsahibələrin onlayn təşkili ilə bağlı təlimata uyğun olaraq namizədlərin yalnız tibbi maskada və bədən hərarəti yoxlanıldıqdan sonra müsahibə binasına buraxılmalarına icazə verilib.

 

Müsahibələr videokonfrans şəklində keçirilir. Namizədlər onlayn müsahibələrə Mərkəzin müvafiq inzibati binalarında xüsusi proqram təminatı vasitəsilə qoşulurlar. Onlar müsahibənin keçirilməsi üçün zəruri avadanlıqla təchiz edilir, qaydalar izah olunur və onlayn müsahibənin keçiriləcəyi videokonfrans proqramına qoşulma təmin edilir. Müsahibə başa çatan kimi komissiya üzvləri tərəfindən müzakirə olunur və namizədin qiymətləndirilməsi aparılaraq nəticələr müvafiq sistemə daxil edilir.