Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-07 13:17:00
18 iyunda keçirilən buraxılış imtahanının nəticələri nə zaman elan olunacaq?-DİM

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 18-də ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib. İmtahanların təşkil edilməsi üçün 115 imtahan binası, 1904 imtahan zalı, 115 ümumi imtahan rəhbəri, 312 imtahan rəhbəri, 2475 nəzarətçi–müəllim, 230 buraxılış rejimi əməkdaşı, 115 bina nümayəndəsi ayrılıb.

 

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

 

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

 

DİM-dən AzEdu.az-a verilən məlumata əsasən, iyunun 18-də keçirilən buraxılış imtahanının nəticələri bu həftə sonunadək elan olunacaq.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları