Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-07 12:43:00
Məktəblər açılanda koronavirus əleyhinə bu tədbirlər görüləcək-Səhiyyə Nazirliyi açıqladı

AzEdu.az türk mediasına istinadən xəbər verir ki, Türkiyənin Səhiyyə Nazirliyi 31 avqustda açılan məktəblərdə görüləcək gigiyenik tədbirləri açıqladı. Məktəblərdə uyğun yerlərə tibbi qaydalar, sosial məsafə, əl təmizliyi və hansı vaxtlarda məktəbə gəlmələri haqda cədvəllər asılacaq.

 

Məktəblər hər gün yuyulub, təmizlənəcək. Hərarət ölçən cihazlar olacaq və heç bir ödəniş olmadan proses həyata keçiriləcək. Bundan əlavə, məktəblər  tibbi maska, sabun və spirtlə təchiz olunacaq. Şagird və müəllim sayı pandemiya şəraitinə uyğunlaşdırılacaq. Ara məsafənin ən az 1 metr olması əsas şərtlərdəndir. COVİD-19 pandemiyası ilə bağlı ediləcək bütün tədbirlər öncədən valideynlərə email vasitəsilə çatdırılacaq.  65 yaşdan yuxarı valideynlərin və nənə-babaların şagirdləri qarşılamaq üçün məktəb çıxışı gəlmələrinə icazə verilmir. Məktəbə daxil olan şagird və müəllimlərin maskadan istifadəsi mütləqdir. Məktəbdə tez-tez toxunulan qapı dəstəkləri, elektrik düymələri te-tez spirtlə dezinfeksiya olunacaq. İclaslar onlayn formada tele-konfrans vasitəsilə həyata keçiriləcək. Məktəbdəykən xəstələnən şagird qısa zamanda valideyninə təhvil veriləcək. Dərslər ən az şagird sayı ilə keçiləcək. Bir sinifin şagirdlərinə günboyu  eyni otaqda dərs keçiləcək. Rəsm, musiqi, fiziki tərbiyə dərslərində şagirdlərin sosial məsafə qaydalarını pozmasına icazə verilməyəcək. Sinif otaqlarında sərinkeş və kondisioner qoşulmayacaq.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları