Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-07 12:10:00
Peşə təhsili alanlara subbakalavr dərəcəsi veriləcək

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində avtomobil diaqnostikası və təmiri ustası və veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə təhsil alanlara subbakalavr dərəcəsi veriləcək.

 

AzEdu.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin pilot peşə təhsil proqramlarına 2020-2021-ci tədris ili üzrə tələbə qəbuluna dair təşkil etdiyi canlı yayımda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov deyib.

 

O bildirib ki, 2020-2021-ci tədris ili üzrə pilot peşə təhsil proqramları üzrə mərkəzə ümumilikdə 8 ixtisas üzrə tələbə qəbulu aparılacaq.