Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-05 16:49:00
Aqrar Universiteti seçən tələbələrə MÜJDƏ - 200 manat əlavə təqaüd veriləcək

Prezident İlham Əliyevin göstərişi əsasında qəbul imtahanlarında  500 və daha çox bal toplayan, Azərbaycan Dövlət Aqrar Universitetinin kənd təsərrüfatı yönümlü ixtisaslarını seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 200 (iki yüz) manat əlavə təqaüd veriləcək. 

Universitetdən AzEdu.az-a verilən məlumatına görə, aqrar yönümlü ix­­tisasların hamısı dövlət sifarişlidir, yəni bütün təhsil xərcləri dövlət hesabınadır. 

Uni­versitet bundan əlavə  abituriyentlərə yüksək təhsillə yanaşı, müasir standartlara cavab verən yataqxana da vəd edir.

Aqrar yönümlü ixtisaslar:

Torpaqşünaslıq və aqrokimya

Aqronomluq

Meşəçilik

Zootexniklik

Balıqçılıq və balıqçılıq təsərrüfatı işi

Aqromühəndislik

Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi

Şərabçılıq

Bitki mühafizəsi

Bağçılıq və tərəvəzçilik

Su bioehtiyatları və akvabitkilər

Ekologiya

Baytarlıq

Əczaçılıq