Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-07 11:44:00
DİM əməkdaşları “MoodleMoot Global Online 2020” tədbirində iştirak edirlər

DİM əməkdaşları Moodle platforması tərəfindən təşkil edilən və 6-10 iyul 2020-ci il tarixlərini əhatə edən “MoodleMoot Global Online 2020” tədbirində iştirak edirlər.

 

DİM-dən AzEdu.az-a veriən məlumata görə, Moodle Komitəsi tərəfindən təşkil olunan “MoodleMoot Global Online 2020” tədbirinə 120-dən çox ölkə və 60-dan çox universitet, 1500-dən çox iştirakçı, tədqiqatçı və müvafiq sahə mütəxəssisləri cəlb olunub.

 

DİM-in əməkdaşları beynəlxalq səviyyədə İT sahəsində aparıcı yer tutan Moodle platformasının 6-10 iyul 2020-ci il tarixlərini əhatə edən “MoodleMoot Global Online 2020” onlayn konfransında iştirak edirlər.

 

Xatırladaq ki, Moodle Öyrənmə İdarəetmə Sistemi (LMS) əsasında DİM-in əməkdaşları tərəfindən onlayn imtahanların keçirilməsi üçün "ProctorDİM", həmçinin Yüksəliş müsabiqəsinin imtahan platformaları hazırlanıb.

 

Tədbirdə iştirakın əsas məqsədlərindən biri yeni yaradılan platformaların daha da təkmilləşdirilməsidir. Həmçinin öyrənmə və qiymətləndirmə prosesinə texnologiyanın tətbiqi zamanı yol verilə bilən xətaların aradan qaldırılması, digər ölkələr və təşkilatların elektron qiymətləndirmə təcrübəsi, bulud texnologiya sistemləri və Moodle tətbiqlərindən istifadə, eləcə də plagin komponentlərinin qiymətləndirməyə tətbiqi barədə yeni məlumatların əldə edilməsi də hədəflər sırasına daxildir.

 

Qeyd edək ki, Moodle təhsil sahəsində onlayn mühit yaradaraq birgə öyrənmə üçün yeni proqramlar, onlayn kurslar və təlim fəaliyyətinə imkan verən dünya miqyaslı açıq təlim platformasıdır. “MoodleMoot” tədbiri təhsil işçilərinin, müəssisələrinin və əksər qurumların “Təhsildə Texnologiya” başlığı altında birləşdiyi ən geniş miqyaslı konfransdır.

 

Moodle Komitəsi tərəfindən təşkil olunan “MoodleMoot Global Online 2020” tədbirinə 120-dən çox ölkə və 60-dan çox universitet, 1500-dən çox iştirakçı, tədqiqatçı və müvafiq sahə mütəxəssisləri cəlb olunub. “MoodleMoot Global Online 2020” tədbirinin xüsusiyyətlərindən biri də konfransın sosial tərəfidir. Belə ki, tədbir müxtəlif bölgələrdən Moodle istifadəçiləri ilə fikir mübadiləsinə və yeni əməkdaşlıq fürsətlərinə şans yaradır. 5 günlük tədbir aşağıdakı üç fərqli istiqamət üzrə mövzuları əhatə edir; təhsil, texnologiya və rəsmi MoodleMoots.

 

Tədbirin işçi dilinin ingilis dili olmasına baxmayaraq pandemiya səbəbindən bir çox regional “MoodleMoot” tədbirinin ləğv edilməsi ilə əlaqədar hər gün müəyyən bir dildə də (çərşənbə axşamı - fransız, çərşənbə - alman və s.) spikerlərin çıxışlarına da şərait yaradılır.

 

“MoodleMoot Global Online 2020” tədbiri barəsində ətraflı məlumat əldə etmək üçün aşağıdakı səhifəyə keçid edə bilərsiniz: https://moodle.com/events/global-online/