Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-06 17:24:00
“Virtual məktəb”də şagirdlər üçün STEAM təhsili üzrə növbəti vebinar

“Virtual məktəb”də şagirdlər üçün STEAM təhsili üzrə vebinarlar davam edir.

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən AzEdu.az-a bildirilib ki, vebinarın bu həftə üzrə mövzusu “Transformer” adlanır. Vebinarda robotların növləri, dünyanın ən məşhur robotları, robotların gündəlik həyatımızda rolu, robot texnologiyaları üzrə peşələr və bu peşələrə yiyələnmək yolları, “LEGO Education” robotları, layihələr, robot yaratmaq mövzuları müzakirə ediləcək, müsabiqə keçiriləcək.

 

Vebinar iyulun 8-də olacaq.