Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-06 14:42:00
ADNSU-da magistratura pilləsinə sənəd qəbulu üçün onlayn platforma təqdim olunub

2020/2021-ci tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) magistratura təhsili pilləsinə yeni qəbul olmuş tələbələrin sənədlərinin qeydiyyat prosesinin koronavirus pandemiyası ilə əlaqədar elan edilmiş karantin rejimi şəraitində onlayn formada həyata keçirilməsi üçün http://admission.asoiu.edu.az/ saytı istifadəyə verilib.


ADNSU-dan AzEdu.az-a bildiriblər ki, bu ali məktəbin magistratura təhsili pilləsinə qəbul olunmuş tələbələr saytdakı müvafiq formanı dolduraraq sənədlərini universitetə təqdim edə bilərlər. Sayt 3 dildə – Azərbaycan, ingilis və rus dillərindədir.

 

Qeydiyyat prosesi iyulun 6-sı saat 10.00-dan başlanıb və iyulun 15-i saat 17:00-dək davam edəcək.

 

Onlayn sənəd qəbulu ilə bağlı suallar, mümkün problem və anlaşılmazlıqların dərhal aradan qaldırılması üçün ADNSU-nun saytında verilmiş “qaynar xətt” nömrələri ilə əlaqə saxlamaq olar.
Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən cari tədris ilində magistraturaya müsabiqə şərtlərini ödəyən proqram və ixtisaslaşma seçimində iştirak edən 11 min 380 bakalavrdan 8324 (Azərbaycan bölməsi üzrə 7635, rus bölməsi üzrə 689) nəfər respublika ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olunub. Onlardan 3069 nəfəri dövlət sifarişi, 5255 nəfəri isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

 

ADNSU-nun magistratura səviyyəsi üzrə qəbul planında yüksək göstəricilər qeydə alınıb və statistik nəticələrə əsasən qəbul planı 94,96 faiz dolub. ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız Universitetində magistraturaya qəbul 100 faiz təşkil edir, 80 plan yerinə 80 tələbə qəbul olunub.