Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-06 12:41:00
Təhsil Nazirliyi bir qrup müəllim üçün təkrar müsahibələr təşkil edəcək

Müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə 4-20 may tarixlərində keçirilən onlayn müsahibələrdə iştirakını təsdiq etməyən 90 namizəd üçün təkrar onlayn müsahibələr təşkil olunacaq.

 

İnsan Resursları Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, namizədlər şəxsi səhifələrində yerləşdirilmiş təlimatla tanış olaraq, əlavə edilmiş hissəyə elektron ünvanlarını daxil etməli, həmçinin 8 iyul saat 23:59-dək müsahibədə iştiraklarını təsdiqləməlidirlər.