Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-06 10:03:00
“İdarəedənlərin peşəkar inkişaf istiqamətləri” mövzusunda vebinar təşkil edilib

Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi “İdarəedənlərin peşəkar inkişaf istiqamətləri” mövzusunda vebinar təşkil edib.

 

Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, vebinarda Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzi və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin heyəti iştirak edib. Onlayn seminarda idarəçinin intellektual, xarakter və sosial xüsusiyyətləri, eləcə də idarəetmə bacarıqları ilə bağlı yanaşmalar haqqında danışılıb. Təhsildə liderlik, qərar qəbulu prosesi və onların təhsil müəssisəsinin strateji planlaşdırmasına təsirləri müzakirə olunub.

 

Proqram Avropa İttifaqının maliyyə dəstəyi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin həyata keçirdiyi Azərbaycanda peşə təhsili sisteminin müasirləşdirilməsi layihəsi çərçivəsində hazırlanıb.