Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-05 13:53:00
Hərbi Liseyə qəbul imtahanları ilə bağlı Apelyasiya komissiyası fəaliyyət göstərəcək  

2 və 3 iyul tarixlərində keçirilən 9-cu sinif buraxılış, 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) və H.Əliyev adına Hərbi Liseyə qəbul imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Apelyasiya komissiyası fəaliyyət göstərəcək.

 

AzEdu.az  xəbər verir ki, DİM-dən verilən məlumata görə, Apelyasiya komissiyası şəhər və rayonlar üzrə bütün  imtahanlar başa çatdıqdan sonra onlayn qaydada  fəaliyyət göstərəcək.

 

Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması DİM-in saytında yerləşdiriləcək.