Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-05 10:43:00
Lənkəranın bir məktəbi və bir müəllimi təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi olub

Təhsil Nazirliyinin dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün keçirdiyi təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsində Lənkəranın təhsil işçiləri uğurlu nəticələr qazanıblar.

 

AzEdu.az  xəbər verir ki, respublika müsabiqəsində fərdi kateqoriya üzrə Lənkəran rayonunun Boladi kənd 1 nömrəli tam orta məktəbinin müəllimi Seyran Əliyev “Fizika fənni üzrə elektron baza-fizika bloku” layihəsi, ümumtəhsil kateqoriyası üzrə rayonun Diryan kənd tam orta məktəbi “Sağlam bədəndə sağlam düşüncə olar” layihəsi ilə qaliblər sırasında yer alıblar.(Azərtac)