Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-03 17:54:00
Şahmar Mövsümov: 190 manat birdəfəlik ödəmə qısa müddətdə ödəniləcək

190 manat birdəfəlik ödəmələr qısa bir müddətdə hissə-hissə ödəniləcək.

 

AzEdu.az  xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi birifnqdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

 

Onun sözlərinə görə, birdəfəlik ödəmələrlə bağlı qərar qəbul olunub və bu, 8 rayon üzrə tətbiq olunacaq: "Bu ödənişlər qısa bir müddətdə hissə-hissə ödəniləcək, məqsəd odur ki, insanlar kütləvi şəkildə bankomatların qarşısında toplaşmasın. Yenidən karantin rejimi tətbiq olunan ərazilərdə 190 manat birdəfəlik ödəmənin verilməsi məsələsinə gəldikdə isə bu məsələ müzakirə olunacaq və yaxın zamanda bunula bağlı müzakirələrin nəticəsi məlum olacaq".(Trend.az)