Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-03 17:40:00
Ramin Bayramlı xaricdə təhsil alan azərbaycanlı tələbələrə təşəkkür etdi: “Vətənə qayıdacaqlar”

Azərbaycanın dövlət proqramı ilə xaricdə təqaüdlə təhsil alan gəncləri ölkəmizə qayıtmaq üçün müraciət edib. Onlara xüsusi təəkkür edirəm ki, ölkənin belə günlərində vətənə qayıdıb  burada fəaliyyət göstərəcəklər. Onların bir hissəsi artıq vətənə qayıdıb və xəstəxanalarda fəaliyyət başlayacaqlar.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Nazirlər Kabineti yanında Operativ qərargahın mətbuat konfransında TƏBİB-in sədri Ramin Bayramlı qeyd edib. O, həmçinin vaksin tapılanadək bu cür həyat tərzinə öyrəşməyimizin vacibliyini də vurğuladı:

 

“Bununla yanaşı xarici ölkələrdən ekspertlər dəvət olunub. Bu ekspertlər bizə payız aylarında xüsusilə diqqətli olmağı tövsiyə edib. Payıza doğru COVİD-19-un qarşısını ala bilməsək, xəstəliyin müxtəlif növləri yarana bilər. Buna görə də karantin qaydalarına əməl etmək lazımdır. Hər birimizdən karantin qaydalarına məsuliyyətlə yanaşması tələb olunur. Vaksin tapılana qədər bu cür həyat tərzinə öyrəşək”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları