Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-03 15:16:00
Qəbələdə buraxılış (qəbul) imtahanları 7 mərkəzdə aparılıb

Dövlət İmtahan Mərkəzinin (DİM) iyulun 3-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi Qəbələ rayonunda ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi növbəti buraxılış (qəbul) imtahanları başa çatıb.

 

AzEdu.az  xəbər verir ki, imtahanların keçirilməsi üçün Qəbələ rayonunda 7 mərkəz ayrılıb. Buraxılış (qəbul) imtahanları Qəbələ şəhərindəki 1, 2, 3, 4 və 5 saylı, həmçinin Nic və Vəndam qəsəbələrindəki 2 saylı tam orta məktəblərdə təşkil olunub.

 

Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün proses boyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.

 

Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ümumilikdə 1457 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 18 imtahan rəhbəri və 150 nəzarətçi-müəllim cəlb olunub. İmtahanların keçirilməsi üçün 116 otaq ayrılıb. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.

 

Regional bölmədən verilən məlumata görə, bütün imtahan mərkəzlərində buraxılış (qəbul) imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib. (AZƏRTAC)