Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-02 17:47:00
Peşə təhsili üzrə teledərslərin yayımlanma müddəti uzadılıb

COVID-19 pandemiyası peşə təhsilində də alternativ tədris və təlim metodlarını nəzərdən keçirməyi zəruri etdi. Bununla bağlı Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi bir sıra peşə və ixtisaslar üzrə videodərslər hazırlayır. Həftənin I və V günləri “Mədəniyyət” telekanalında peşə təhsili pilləsi üzrə “Dərs vaxtı” verilişi yayımlanır.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, ictimaiyyət tərəfindən göstərilən marağı nəzərə alaraq, peşə təhsili pilləsi üzrə “Dərs vaxtı” verilişinin yayımlanma müddəti iyulun 20-dək uzadılıb.

"Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri agentliyin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından izləyə bilərlər.