Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-05 13:02:08
AMEA Rəyasət Heyətinin yeni tərkibi seçiləcək

8 iyun 2018-ci il tarixində saat 10:00-da AMEA Rəyasət Heyətinin böyük konfrans zalında akademiyanın Ümumi yığıncağı keçiriləcək.

AzEdu.az xəbər verir ki, tədbirdə AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı olacaq, Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın Adlı mükafatlarının təqdimatı keçiriləcək. Yığıncaqda, həmçinin AMEA-nın prezidenti və Rəyasət Heyətinin yeni tərkibi seçiləcək.

Ünvan: Bakı şəh., İstiqlaliyyət küç., 30.